Bu gün:

Portağal şirəsinin faydaları


Yeni tədqiqat göstərib ki, gündəlik portağal şirəsi qəbulu immun hüceyrələrində minlərlə genin aktivliyinə təsir edir. Bu genlərin bir çoxu qan təzyiqinə nəzarət, iltihabın azalması və şəkər mübadiləsi kimi ürək-damar sağlamlığı üçün mühüm proseslərdə iştirak edir. 

60 gün boyunca hər gün 500 ml portağal şirəsi içən iştirakçılarda iltihabla əlaqəli genlər (NAMPT, IL6, IL1B, NLRP3) və qan təzyiqinə təsir edən gen (SGK1) daha az fəal olub. Bu, damarların rahatlaması və iltihab səviyyəsinin enməsi ilə əlaqələndirilir. Mütəxəssislərin sözlərinə görə, portağalda olan "hesperidin" adlı təbii antioksidant bu təsirlərin əsas səbəblərdəndir.

Tədqiqatların ümumi nəticəsi göstərir ki, portağal şirəsinin müntəzəm istifadəsi iltihabı azaldır, damarları rahatladır, insulin müqavimətini aşağı sala bilir. Bağırsaq bakteriyalarının tərkibindəki müsbət dəyişikliklər ürək xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.

Mütəxəssislər qeyd ediblər ki, portağal şirəsi faydalı olsa da, tərkibində təbii şəkər olduğuna görə gündəlik normanı aşmadan istehlak etmək məsləhətdir.

Mənbə: Euronews

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et