Bu gün:

İranda neandertallara aid izlər aşkar edilib


İranlı alimlər Mazandaran vilayətində yerləşən mağarada nəsli kəsilmiş "mağara" ayısına məxsus diş və mütəxəssislərin fikrincə, neandertallara aid olan daş alətlər tapıblar. Bu tapıntılar obyektin birinci kateqoriya milli əhəmiyyətli abidələr siyahısına daxil edilməsinə əsas yaradıb.

“Li-ben” mağarasında "mağara" ayısının qalıqlarının tapılması elmi ictimaiyyətdə böyük maraq doğurub. Bunun ardınca arxeologiya və paleontologiya sahəsində müxtəlif ölkələrdən olan mütəxəssislər bölgəyə gəliblər.

Yerli idarəetmənin məlumatına görə, qazıntılar zamanı həmçinin bir sıra daş alətlər də aşkar edilib. Bu tapıntılar neandertallarin İranın şimal rayonlarında yaşamış ola biləcəyi ehtimalını daha da gücləndirir. Məhz mağara ayısının dişinin və paleolit dövrünə aid daş artefaktlarının birlikdə tapılması “Li-ben” mağarasına birinci kateqoriya üzrə milli əhəmiyyətli abidə statusu verilməsində əsas rol oynayıb. Alimlər araşdırmaları davam etdirir və bölgədə qədim insanların mövcudluğuna dair əlavə sübutlar əldə etməyi ümid edirlər.

"Mağara" ayısı orta və son pleystosen dövrlərində Avrasiyada yaşayıb və təxminən 15 min il əvvəl nəsli kəsilib. Bu ad ona qalıqlarının əsasən mağaralarda tapılması ilə əlaqədar verilib.

Mənbə: bigasia.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et