Bu gün:

Mili Çirus Maks Morando ilə nişanlanıb


Amerikalı pop ulduzu Mili Çirus dörd ildir münasibətdə olduğu musiqiçi Maks Morando ilə rəsmi olaraq nişanlanıb. Xəbər müğənninin “Avatar: Fire and Ash” filminin dünya premyerasında sol əlinə taxdığı brilyant üzüyü ilə ortaya çıxıb.

Mili müsahibəsində bildirib ki, Maks ona Yaponiyaya sürpriz səfər zamanı evlilik təklifi edib. Müğənni təklifi “tam gözlənilməz və çox emosional” adlandırıb. Onun nişan üzüyü məşhur zərgərlik brendi “Jacquie Aiche”tərəfindən hazırlanıb.


Nişanlanma xəbəri Milinin “Dream as One” adlı yeni mahnısının təqdimatı ilə eyni vaxta təsadüf edir. Müğənni şəxsi həyatındakı xoşbəxtliyin yaradıcılığına da müsbət təsir etdiyini deyib.


Mənbə: People.com

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et