Bu gün:

İtaliyada Pavarotti heykəli ilə bağlı qərar narazılıq yaradıb


İtaliyanın Pessaro şəhərinin meri Yeni il üçün qurulan buz meydançasının içində dünya şöhrətli tenor Luçano Pavarottiyə həsr olunmuş heykəli yerləşdirdiklərinə görə sənətkarın ailəsindən üzr istəyib. 

Mərhum ifaçının həyat yoldaşı Nikoletta Mantovani yerli mediaya açıqlamasında bu qərarı “hiddətləndirici və kədərli” adlandırıb və meriyanı “Pavarottinin xatirəsini lağa qoymaqda” ittiham edib.

Mərkəzi meydanda qurulan müvəqqəti buz meydançası heykəli dizədək buzun içində saxlayıb və ərazi şəffaf plastik divarlarla əhatə edilib.

Şəhər başçısı Andrea Byankani məsələ ilə bağlı açıqlamasında heç kimi incitmək niyyətində olmadığını bildirib və bələdiyyənin “səhvə yol verdiyini” etiraf edib. O, meydan açılmadan əvvəl, 29 noyabrda sosial şəbəkədə Pavarottinin hokkey oynadığına dair montaj edilmiş şəkli #DaiUnCinqueAPavarotti həştəqi ilə paylaşıb.

Qeyd edək ki, Pavarottinin heykəli Pessaroda 2024-cü ilin aprelində, Nikoletta Mantovani və cütlüyün qızı Elisənin iştirakı ilə təqdim olunub. Sənətkar ailəsi ilə birlikdə tez-tez bu şəhərdə istirahət edir, burada villası olub və o, Pessaronun fəxri vətəndaşı sayılıb. 

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et