Bu gün:

Selena Qomez “Rare Beauty”nin 2025 yeni kolleksiyasını təqdim edib


ABŞ-li məşhur müğənni və aktrisa Selena Qomez öz brendi "Rare Beauty"nin yeni kosmetika kolleksiyasını rəsmi olaraq təqdim edib. Təqdimat mərasimi Los-Ancelesdə media nümayəndələrinin iştirakı ilə baş tutub.

Yeni kolleksiya daha çox dəriyə zərər verməyən, yüngül teksturalı və təbii parıltı verən məhsullara fokuslanır. Brenddən verilən açıqlamaya görə, kolleksiyanın əsas məqsədi “insanların özlərini kamera qarşısında deyil, real həyatda daha rahat və özünəinamlı hiss etmələrinə” kömək etməkdir.

Təqdimat sosial şəbəkələrdə sürətlə trendə çevrilib. İstifadəçilər kolleksiyanın xüsusilə “təbii qlam” effektinə görə müsbət rəylər yazıblar.

Selena təqdimatda bildirib: "Rare Beauty yalnız kosmetika brendi deyil. Bu kolleksiya insanların öz gözəlliklərini gizlətmədən, olduğu kimi sevmələri üçün yaradılıb".

Kolleksiya bu gündən etibarən "Rare Beauty"nin rəsmi saytında və seçilmiş mağazalarda satışa çıxarılıb.


Mənbə: cosmeticsbusiness.com

Tərcümə etdi: Şehrin Musayeva




Paylaş
Şərh əlavə et