Rusiyada sığınacaqlardan it və pişik götürən vətəndaşlar üçün dövlət güzəştlərinin tətbiq edilməsi təklif olunub. Bu təşəbbüs haqqında “Abzac”a verdiyi müsahibədə Ümumdünya Rus Xalq Soborunun sədr müavini və “Pravoslav Rusiya” ictimai hərəkatının rəhbəri Mixail İvanov məlumat verib.

O bildirib ki, ölkə üzrə sığınacaqlar artıq doludur, şəhər və qəsəbələrdə sahibsiz heyvanların çox olması, tez bir zamanda həll olunması lazım olan bir problemdir. Onun sözlərinə görə, dövlət heyvanları qoruyan təşkilatlara müəyyən dəstək göstərir, amma bundan başqa, sığınacaqdan heyvan götürüb ona ev verə biləcək sadə insanları da motivasiya etmək vacibdir.
İvanov təklif edib ki, heyvan sahiblənən insanlar üçün müəyyən güzəştlər nəzərdən keçirilsin. Məsələn, (kommunal xidmətlərə endirimlər və ya ictimai nəqliyyatda güzəştli gediş haqqı kimi), amma o qeyd edib ki, yeni sistem həm də məsuliyyət tələb etməlidir, yəni heyvanı götürən insanlar rəsmi şəkildə sübut etməlidirlər ki, heyvana yaxşı şərait yaradılıb və onunla birlikdə mütəmadi olaraq baytar müayinələrindən keçirlər.
İvanov ümid edib ki, bu təşəbbüs qanunvericilərin diqqətini çəkəcək və müxtəlif bölgələrdəki uğurlu təcrübələr nəzərə alınaraq daha detallı şəkildə hazırlanacaq.
Mənbə: cher-poisk.ru
Tərcümə etdi: Aysel Mehtizadə
