Bu gün:

ÜST-dən piylənməyə qarşı ilk qlobal tövsiyə


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə piylənmənin uzunmüddətli müalicəsində GLP-1 aqonistləri dərmanlarının istifadəsinə şərti dəstək verdiyini açıqlayıb.Qurumun məlumatına görə, bu preparatlar — hamilə olmayan yetkin şəxslər üçün — yalnız sağlam qidalanma və müntəzəm fiziki aktivliklə birgə tətbiq edildikdə effektiv hesab olunur.

ÜST bildirir ki, piylənmə xroniki, təkrarlanan xəstəlikdir və onun müalicəsi kompleks yanaşma tələb edir. Təşkilat vurğulayır ki, dərman təkbaşına xəstəliyin səbəblərini aradan qaldırmır; uzunmüddətli nəticə üçün həyat tərzinin dəyişdirilməsi, davamlı nəzarət və tibbi dəstək əsas şərtlərdir.

Qurum, həmçinin, GLP-1 preparatlarına çıxışın məhdud olduğunu bildirir. Proqnozlara əsasən, 2030-cu ilə qədər bu dərmanlardan faydalanmağa ehtiyacı olan insanların 10 faizindən azı preparatlara çata biləcək. ÜST bunun qlobal səhiyyə bərabərliyi üçün ciddi çağırış yaratdığını qeyd edir.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et