Bu gün:

İtlər insanların immunitetini gücləndirir


İtlər təkcə insanın sadiq dostuna çevrilmir, həm də onun sağlamlığını yaxşılaşdıraraq stressi azaldır və immuniteti möhkəmləndirir. Bu barədə Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev 30 noyabr – Ümumdünya Ev Heyvanları Günü münasibətilə RİA Novosti-yə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, evdə heyvanın olması orqanizmin müxtəlif qıcıqlandırıcılarla qarşılaşmasına kömək edir və bu da güclü immunitetin formalaşmasına səbəb olur. Gündəlik gəzintilər isə ürək, damar və oynaqların fəaliyyətinə müsbət təsir göstərir.

Bundan başqa, itlər insanların sosiallaşmasına kömək edir: sahiblər daha çox yeni tanışlıqlar qurur, hətta bəzən öz ikinci yarılarını tapırlar. Ev heyvanları məsuliyyət və qayğı göstərməyi öyrədir, xüsusilə də bu daha müstəqil və mehriban böyüyən uşaqlarda olur.

“İt bizə gün rejimini tənzimləməyə, vaksinasiya qrafikinə riayət etməyə və ətrafdakılara qarşı diqqətli olmağa kömək edir”, — Rusiya Kinoloji Federasiyasının prezidenti vurğulayıb.

Mənbə: tatarstan24.tv
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et