Bu gün:

Acun Ilıcalıdan uşaqlara bayram sürprizi


Acun Ilıcalıdan uşaqlara bayram hədiyyəsi davam edir. Belə ki, o və "ACUNMEDYA" komandası zəlzələdən əziyyət çəkmiş uşaqları ziyarət edərək onlara həm maddi, həm də mənəvi dəstək olub.


Zəlzələ baş vermiş beş bölgəyə oyuncaq göndərən Ilıcalı, Adıyaman və Kahramanmaraşın konteyner şəhərlərini gəzərək uşaqlara oyuncaqlar paylayıb. Bir gündə iki şəhərə gedərək uşaqlarla görüşən Ilıcalı 30 mindən çox uşağa 40 min oyuncaq hədiyyə edib.

 Eyni zamanda , "ACUNMEDYA" komandası Hatayda da  oyuncaqlar paylayıb. Uşaqlar Ilıcalının onları oyuncaqlarla ziyarət etməsinə sevinərkən, Hatay, Adıyaman və Kahramanmaraş bələdiyyələri də prosesin gedişində onlara köməklik edib.


Mənbə: Hürriyet 

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et