İtlər və pişiklər üçün hazırlanmış musiqi siyahıları internetdə çox yayılıb, amma onların doğrudan da sakitləşdirici təsiri olub-olmadığı sual doğurur. Son araşdırmalar göstərir ki, yavaş tempdə, zərbsiz olan musiqilər bir çox heyvanlarda stressi azalda bilir.

Belfast Kraliça Universitetinin apardığı araşdırmalar da eyni nəticəni göstərir. Klassik musiqi itlərin stress zamanı, məsələn, baytar qəbulunda və ya uzun maşın səfərlərində daha sakit davranmasına səbəb olur.
Pişiklərlə bağlı az araşdırma olsa da, bir tədqiqat klassik musiqinin onların ürək döyüntüsü və tənəffüs sürətini azaltdığını təsdiqləyib.
Mütəxəssislər bildirirlər ki, təsir heyvandan heyvana dəyişə bilər və uyğun musiqini tapmaq üçün bir qədər sınaq tələb olunur. Lakin bir çox hallarda doğru seçilmiş musiqi heyvanların narahatlığını xeyli azalda bilir.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
