Bu gün:

Pişik saxlayan insanların şizofreniyaya tutulma riski daha çoxdur


Belə nəticə Piroqov İnstitutunun apardığı tədqiqatda qeyd olunur. Piroqov Universitetinin klinik psixoloqu Elizaveta Kulikova pişik saxlamaqla şizofreniya riski arasında mümkün əlaqəni müəyyən edib.

Tədqiqat göstərir ki, pişik sahiblərində xəstəliyin inkişaf riski, digər ev heyvanlarını saxlayan insanlara nisbətən, iki dəfə yüksək ola bilər. Bunun səbəbi pişiklərdən insana keçə bilən Toxoplasma gondii adlı parazitdir. Pişik sahiblərinin 70%-ə qədərində bu parazit ola bilər.

Kulikova bildirib ki, yoluxmuş heyvanla təmas toksoplazmoz yarada bilər. Bu, əzələlərdə, ürəkdə, beyində və gözlərdə kistlərin əmələ gəlməsidir. Beyin zədələndikdə iltihab yaranır və bu, dopamin daxil olmaqla sinir siqnallarına təsir göstərir.

Toksoplazmoz dopamin səviyyəsini dəyişdirə bilər və bu da psixiki pozuntuların yaranma ehtimalını artırır. Bundan əlavə, infeksiya zamanı yaranan antitelər də şizofreniya riskinin yüksəlməsi ilə bağlıdır.

Mənbə: uz.kursiv.media
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et