Bu gün:

Alimlər anksiyetenin genetik mənbəyini aşkarlayıblar


Anksiyete dünyada milyonlarla insana təsir edən, geniş yayılmış  bir psixoloji problemdir. Uzun müddət bu vəziyyətin beyində hansı mexanizmdən qaynaqlandığı tam məlum olmasa da, İspaniyanın San Juan de Alicante şəhərində fəaliyyət göstərən Sinirelmləri institutunun alimləri yeni və əhəmiyyətli tapıntılar əldə ediblər. Tədqiqat göstərib ki, Grik4 geninin həddindən artıq aktivliyi amigdalanın fəaliyyətini pozaraq beyində davamlı həyəcan vəziyyəti yaradıb.

Araşdırma zamanı alimlər genin amigdalanın bazolateral hissəsində yüksək səviyyədə ifadə olunmasının nerv hüceyrələri arasındakı əlaqəni pozduğunu müəyyən ediblər. Grik4 geninin səviyyəsi xüsusi müdaxilə ilə balanslaşdırıldıqda isə nöronların siqnal ötürməsi normallaşıb. Bu nəticələr genetik dəyişikliklərlə bağlı duyğudurum pozuntularının gələcək müalicəsi üçün yeni imkanlar yarada bilər. 

Tədqiqatçılar bildiriblər ki, növbəti mərhələdə hipokampus kimi digər beyin bölgələrinin anksiyetenin formalaşmasında hansı rol oynadığı öyrəniləcək. İnsanlara tətbiq edilə biləcək müalicə üsullarının inkişaf etdirilməsi isə əlavə araşdırmalardan sonra mümkün ola bilər. Mütəxəssislər hazırda sadə nəfəs texnikalarının belə anksiyete səviyyəsini azalda biləcəyini qeyd edirlər.

Mənbə: Nuvemmag.com

Tərcümə etdi: Fidan Mənsimova 

 


Paylaş
Şərh əlavə et