Dünyaca məşhur aktrisa və moda üzü Zendaya "Louis Vuitton" brendinin yeni payız-qış kampaniyasının siması seçilib. Ulduzun iştirakı ilə hazırlanan fotosessiya sosial şəbəkələrdə böyük maraq doğurub.
Kampaniyada Zendaya zərif və güclü silueti birləşdirən klassik palto, strukturlaşdırılmış dəri jaketlər və minimalistik kəsimli geyimlərlə kamera qarşısına keçib. Xüsusilə brendin “Capucines” çantası ilə çəkilən görüntülər qısa müddətdə sosial şəbəkələrdə trend olub.
Moda mütəxəssisləri qeyd edirlər ki, Zendayanın təmiz, güclü imici brendin estetik xətti ilə mükəmməl uyğunlaşır. Sosial şəbəkələrdə pərəstişkarlar aktrisanın görünüşünü “lüks modanın yeni dövrünün siması” adlandırıblar.
“Louis Vuitton” nümayəndələri bildiriblər ki, Zendaya ilə əməkdaşlıq davam edəcək və 2025-ci ildə daha böyük layihələr planlaşdırılır.
Mənbə: hypebae.com
Tərcümə etdi: Şehrin Musayeva
