Bu gün:

Tək gözlə dünyaya gələn "Siklop pişik"


Braziliyada bir gözü olan pişik dünyaya gəlib və o, videolarda məşhur olandan sonra “Siklop pişik” adlandırılıb. “32 yaşım var və həyatımda belə bir şey görməmişəm”,- deyə fermada işləyən Gilberto Almeida "NewsX"ə bildirib. Bir gözü olan bu pişik 4 noyabrda Rondônia ştatının Vilhena şəhərində doğulub. “Pişiyim bir neçə bala doğub, amma belə bir şey ilk dəfə baş verib”. Bir gözü olan bu siçan ovçusu dörd baladan ibarət bir dəstənin içində olub, lakin təkcə o bir gözü ilə dünyaya gəlib.

Videoda Almeida həmin pişiyi qucaqlayır, o qədər qəribədir ki, sanki süni intellekt tərəfindən yaradılmış kimi görünür. 

Təəssüf ki, kiçik pişik yalnız iki gün yaşayıb və 6 noyabrda nəfəs alma çətinliyi səbəbindən vəfat edib. Bu göz baxımından nadir pişik siklopiya xəstəliyindən əziyyət çəkib və ona Yunan mifalogiyasındakı tək gözlü canavar “Siklop”un adı verilib.

 “”Embriyo” inkişaf edərkən beyin strukturu iki hissəyə ayrılmaq əvəzinə tək bir kütləyə ayrılıb,”-deyə baytar Janete Silva izah edib. “Göz bu bölünməyə uyğun olaraq mərkəzdə yerləşib”.

Bu vəziyyət insanlara da təsir edə bilər və adətən xromosom anomaliyaları və ya hamiləlik dövründə dərmanlara məruz qalma nəticəsində baş verir. Xoşbəxtlikdən, bu xəstəlik çox nadirdir və 100,000 körpədən yalnız birində müşahidə olunur. Siklopiyadan əziyyət çəkənlər nadir hallarda uzun yaşaya bilir, çünkü bu vəziyyət nəfəs almağı çətinləşdirir və çoxu pişikdə olduğu kimi doğulduqdan qısa müddət sonra ölümlə nəticələnir. Tez-tez bu vəziyyət düşüklə və ya ölü doğumla nəticələnir.

Mənbə: New York Post

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et