Bu gün:

Ukrayna cəbhəsində həyatı robotlar qoruyur


Beşinci briqadanın yeni UGV (pilotsuz yerüstü nəqliyyat vasitəsi) Pokrovsk və Mırnoqrad cəbhəsində əsgərlərin həyatı üçün kritik rol oynayır. Bu şəhərlər Ukraynanın şərqində strateji əhəmiyyət daşıyır.

Rusiya qüvvələri bölgədə Ukraynanın təchizat yollarını amansız şəkildə kəsməyə çalışır.

Yeni ərzaq və sursat gəlməsə, Ukraynanın cəbhə xəttindəki əsgərləri iki ağır seçimlə üzləşəcəklər: ya təslim olmaq, ya da böyük itkilərlə geri çəkilmək.

Kiyev Pokrovsk ətrafındakı müdafiəni gücləndirmək üçün xüsusi təyinatlıları, hücum qruplarını və dron bölmələrini göndərib. Lakin şəhərə aparan yolların Rusiya tərəfindən nəzarətdə saxlanılması zirehli texnika ilə bölgəyə daxil olmağı demək olar ki, ölümcül edir.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et