Bu gün:

Alimlərdən qidalar barəsində xəbərdarlıq


Son araşdırmalara görə ultra işlənmiş qidaların dünya üzrə ənənəvi qidalanmanın arxa plana keçirdiyini göstərir. Bu məhsulların artması qidalanma keyfiyyətinin zəifləməsinə və xroniki xəstəliklərin yayılmasına təsir edir. Mütəxəssislər hökumətləri və cəmiyyəti təcili tədbirlər görməyə çağırırlar.

Tədqiqatlara görə, ultra işlənmiş qidalar yüksək şəkər və yağ tərkibi ilə yanaşı, az miqdarda lif və vacib qida maddələri ehtiva edir. 104 uzunmüddətli araşdırmanın böyük hissəsi bu məhsulların obezite, tip 2 diabet, hipertoniya və digər xəstəliklərin riskini artırdığını təsdiqləyib. Klinik sınaqlar isə bu qidaların gündə 500–800 kalori artıq istehlaka səbəb olduğunu və nəzarətsiz yemə davranışını gücləndirdiyini göstərir. Alimlər hökumətlərə məhsulların tənzimlənməsini, reklamların məhdudlaşdırılmasını, vergilərin artırılmasını və qida mühitinin sağlamlaşdırılmasını təklif ediblər. Onların fikrincə, vahid və paralel tədbirlər olmadan bu problemin qarşısını almaq çətin olacaq. Mütəxəssislər xəbərdarlıq ediblər ki, təcili addımlar atılmasa ultra işlənmiş qidalar sağlamlıq, iqtisadiyyat və ətraf mühit üçün daha ciddi təhlükələr yaradacaq.

Mənbə: TRT Haber
Tərcümə etdi: Mənsimova Fidan


Paylaş
Şərh əlavə et