“Hollywood”un ən sevilən cütlüyü Zendaya və Tom Holland rəsmi şəkildə nişanlanıb. Məlumata görə, Tom Holland təklifi 2024-cü ilin son günlərində edib. Aktrisa 2025 “Golden Globes”mərasimində barmağındakı iri brilyant üzüklə nişanı təsdiqləyib.
Zendayanın taxdığı üzük Cessika Makkormark imzalı, 5 karatlıq “east-west cushion” kəsimli brilyantdan hazırlanıb və bu dizayn son illərin ən dəbdə olan nişan üzüklərindən biri hesab olunur. Tom Holland təklif etməzdən əvvəl Zendayanın atasından rəsmi razılıq aldığı bildirilir.
Cütlüyə yaxın mənbələr toy planlarının hələ gizli saxlanıldığını, lakin mərasimin 2026-cı ildə baş tuta biləcəyini qeyd edir. Stilist Lov Roç isə onların bu xoş xəbəri maksimum şəxsi və sakit şəkildə yaşamaq istədiyini deyib.
Mənbə: ndtv.com
Tərcümə etdi: Şehrin Musayeva
