Paris Moda Həftəsi 2025-in ən diqqətçəkən anı “Louis Vuitton”un kişi kolleksiyası nümayişində yaşanıb. Dünyaca məşhur cütlük Beyonse və Cey-Z tədbirdə göründükdən sonra bütün diqqət onlara yönəlib. 
Tanınmış müğənni Beyonse tədbirə xüsusi hazırlanmış tam bədən “cowboy” obrazı ilə qatılıb. “Louis Vuitton” üçün Farel Vilyams tərəfindən dizayn olunan görünüş qısa zamanda sosial şəbəkələrdə yayılıb. Onun TikTok görüntüləri bir neçə saat ərzində milyonlarla baxış toplayıb.
Şounun sonunda Farel Vilyams Beyonse-yə podyumdan birbaşa yeni “Speedy” model çanta hədiyyə etməsi diqqət çəkən anlardan olub.
Cütlüyün tədbirə gəlişi sosial mediada o qədər böyük maraq yaradıb ki, onların görüntüləri moda şousunun özündən daha çox müzakirə olunub. Mütəxəssislər bunu ulduz təsirinin moda sənayesinə güclü təsirinin növbəti nümunəsi kimi qiymətləndirir.
Mənbə: abcnews.go.com
Tərcümə etdi: Şehrin Musayeva
