Bu gün:

İngiltərəyə vəhşi pişikləri qaytarmaq istəyirlər


Böyük Britaniyanın təbiət müdafiəçiləri ümid edirlər ki, Devon qraflığında 50 vəhşi pişiyi azad buraxsınlar və beləliklə, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu heyvanları təbiət mühitinə qaytarsınlar. Lakin bu planla bağlı bəzi təhlükələr də var. Bu, mövcud heyvan aləmində tarazlığın pozulması və vəhşi pişiklərin ev pişikləri ilə qarışmasına gətirib çıxara bilər. 

South West Wildcat Project təşkilatı Devon qraflığında vəhşi pişiklərin yaxşı yaşaya biləcəyini öyrənib. Onlar ümid edirlər ki, ilk pişikləri 2028-ci ildə təbiətə buraxacaqlar.

Təşkilat və Ekseter Universiteti Devon sakinləri arasında sorğu keçirib və məlum olub ki, 80% insanlar vəhşi pişiklərin təbiətə qaytarılmasını dəstəkləyir. Amma bəzi sakinlər narahatdır ki, yeni heyvanlar təbiət tarazlığını poza bilər.

Mütəxəssis Edvards deyir ki, pişikləri buraxmazdan əvvəl fermerlər və torpaq sahibləri ilə məsləhətləşmək lazımdır.

Təşkilatın nümayəndəsi Kat Ceffs deyir ki, onlar sakinlərin narahatlıqlarını azaltmağa çalışacaqlar. Hələ pişiklərin buraxılacağı yerlər dəqiq müəyyən edilməyib.

O hesab edir ki, pişiklərin sayı çox artmayacaq, çünki heyvanların sayı, adətən, az olur və geniş ərazilərdə yaşayırlar. Fermerlər artıq öz toyuq və quşlarını qorumağı öyrəniblər, pişiklər üçün də eyni tədbirlər işləyəcək.

Mənbə: bbc.com
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et