Bu gün:

İspanağı qatıqsız, yerkökü və pomidoru bişirərək yeyin! Məlum oldu ki, biz səhv etmişik! Qidalar necə istehlak edilməlidir?


Sağlam qidalanma təkcə orqanik məhsullardan istifadə etməklə, mövsümündə tərəvəz və meyvə yeməklə məhdudlaşmır. Sağlam yemək, bədənin bütövlüyünü qorumaq üçün lazım olan düzgün qidaları istehlak etməkdir. Yediyimiz qidalardan maksimum fayda əldə etmək üçün hansı qidaları və necə istehlak etdiyimiz böyük əhəmiyyət kəsb edir. Bəs, qidalar necə istehlak edilməlidir?

Mütəxəssislər qidaların necə istehlak edilməsinə diqqət çəkirlər. Sağlam qidalanmanın vacibliyini hamımız bilirik, lakin bəzən hansı qidaları və necə istehlak etməyimizlə bağlı səhvlər edə bilərik. Qidadan daha çox vitamin və mineral almaq mümkündür. Bunun üçün sağlam qidalanma vərdişlərinizi inkişaf etdirmək və doğru bildiyimiz yanlışları öyrənmək lazımdır.

 Budur qidaların düzgün istehlakı... 

Zərdəçal istehlak edərkən qara bibəri də unutmayın.

 Xərçəngin qarşısının alınması ilə tanınan zərdəçal son günlər çox istehlak edilməyə başlayıb. Bununla belə, zərdəçalın tərkibindəki kurkumin orqanizm tərəfindən həzm oluna biləcək qədər çətin olan bir maddə ehtiva edir. Odur ki, yeməyinizə zərdəçal qatdığınız zaman mütləq bir çimdik qara bibər əlavə edin. Qara bibər, zərdəçalın bədəninizdə yarpaqları olan kurkuminin udulmasını çox artırır. Zərdəçalın faydalarından yararlanmaq qalır. 

Yerkökü və pomidoru bişmiş halda yeyin.

 Tərəvəz və meyvələrin çoxunun çiy istehlak edilməsi tövsiyə edilsə də, eyni şey bütün tərəvəzlər üçün keçərli deyil. Pomidorun bişirilməsi onun tərkibindəki faydalı likopenin miqdarını artırır. Bişmiş kimi istehlak edilən yerkökü bədəninizə maksimum fayda verir.

Almanı qabığını soymadan yeyin!  

Təəssüf ki, almanın tərkibindəki vitaminlərin çoxu, adətən, atdığınız o qabıqda olur. Qabıqlarını soyub yediyiniz alma orqanizminizə demək olar ki, heç bir fayda vermir. Onun qabığında olan lif və minerallar tip 2 diabetin qarşısını alır və sağlamlığınız üçün böyük faydalar təmin edir.

İspanağı qatıqsız yeyin!

İspanağı qatıqla yemək və ya ispanaq yedikdən bir saat sonra kalsium tərkibli qidaları qəbul etmək ispanaqdan dəmirin tamamilə itirilməsinə səbəb olur. Bundan əlavə, ispanaqla istehlak edilən yumurta və ya ispanaqlı yumurta da ispanağın dəmirini çox azaldır. Bu səbəblə ispanaqı yalnız tomatlı yemək kimi istehlak etməyə çalışın. 

 Salata yağ əlavə edin. 

Biz salatı tez-tez pəhriz məqsədləri üçün istifadə edirik və ona yağ əlavə etmirik. Ancaq bu, sağlamlığınız baxımından maksimum səmərəliliyi əldə etməyinizə mane ola bilər. Salatın tərkibindəki antioksidantlara zeytun yağıavokado yağını əlavə etdikdə maksimum səviyyəyə çatır və orqanizminizə çox böyük faydalar təmin edir. 

 Sarımsağı əzilmiş istehlak edin.

Sarımsağın kəskin qoxusunun ən əhəmiyyətli səbəbi tərkibində yüksək miqdarda antioksidant olmasıdır. Sarımsağın tərkibindəki yüksək miqdarda antioksidant xüsusilə xərçəngə qarşı çox təsirli bir qidadır. Sarımsaqda bu təsirli fermentlərin əmələ gəlməsi üçün mütəxəssislər sarımsağı əzib istehlak etməyi məsləhət görürlər.

 Mənbə: Habertürk

Tərcümə: Məryəm Abdullazadə


 

Paylaş
Şərh əlavə et