Bu gün:

İndoneziyada poliovirus epidemiyası rəsmi olaraq bitib


Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) ölkədə poliovirusun "tip 2" variantı ilə bağlı epidemiya vəziyyətinin rəsmi olaraq bitdiyini açıqlayıb. Epidemiya 2022-ci ilin oktyabrında Aceh vilayətində ilk hadisə qeydə alındıqdan sonra elan edilib.

Rəsmilərin məlumatına görə, 2024-cü ilin iyunundan bəri heç bir yeni poliovirus halı aşkarlanmayıb. Mübarizə çərçivəsində ölkədə genişmiqyaslı peyvənd kampaniyası aparılıb və təxminən 60 milyon əlavə polio peyvəndi vurulub. Bundan başqa immunizasiyanı gücləndirmək üçün yeni "heksavalen" kombinə olunmuş peyvəndin tətbiqinə başlanılıb. 

Rəsmilər bu nailiyyəti bölgədə polionun tam aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirirlər. İndoneziya Səhiyyə Nazirliyi isə bəzi bölgələrdə peyvəndlənmə səviyyəsinin hələ də kifayət qədər olmadığını və diqqətin davam etdirilməsinin vacibliyini vurğulayıb

Mənbə: WHO

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et