Bu gün:

Ev heyvanlarının psixoloji sağlamlığa təsiri


Uşağın çox erkən yaşlarında yanında olan ev heyvanları onun emosional inkişafına müxtəlif cür təsir göstərə bilər.

Tədqiqatçılar uşağın bir və dörd-beş yaşı olanda ailədə hansı heyvanlarla yaşadığını araşdırıblar. Daha sonra bu məlumatları uşağın yeddi-səkkiz yaşındakı emosional və davranış göstəriciləri ilə müqayisə ediblər.

Aşkarlanıb ki, kiçik ev heyvanlarının — balıqların, tısbağaların və ya baxımı asan olan digər heyvanları daimi evdə saxlanması uşaqlarda daha az narahatlıq və daxili gərginlik yaradır. Çox güman ki, belə heyvanlar sakit və sabit bir mühit, uşaqda empatiya və məsuliyyət hissini formalaşdırır, eyni zamanda isə çətin qulluq səbəbindən əlavə stress yaratmır.

Gözlənilməz nəticələrdən biri də bu olub ki, yalnız dörd-beş yaş dövründə pişiyin olması uşaqlarda emosional və davranış çətinliklərinin cüzi artdığını göstərib. Alimlər bildirirlər ki, bu nəticəni birbaşa səbəb–nəticə kimi qiymətləndirmək düzgün deyil. Bu əlaqəyə ailələrin pişik saxlamaq qərarına təsir edən müxtəlif amillər, pişiklərə göstərilən fərqli qayğı, heyvan itkisi ilə bağlı emosional təcrübələr və ya valideynlərin uşağın davranışını necə qavraması təsir göstərə bilər.

Tədqiqatçılar qeyd edirlər ki, bu araşdırma heyvanların erkən uşaqlıq inkişafındakı roluna yeni bir baxış bucağı açır. Heyvanların təsir mexanizmlərini və uzunmüddətli nəticələrini tam anlamaq üçün bu cür işlər daha böyük nümunələrlə və fərqli yaş qruplarında təkrarlanmalıdır.

Mənbə: sports.kz
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et