Bu gün:

Dünyanın ən məşhur küçələri


Dünyanın ən "məşhur" küçələri və prospektləri açıqlanıb. Time Out jurnalının 2025-ci il siyahısında ilk sıranı Braziliyanın Rio de Janeyro şəhərindəki Rua do Senado küçəsi alıb.

Time Out-un sözləri ilə desək, şəhər küçələri yerli həyatın ən orijinal versiyasınI təklif edir.

Braziliyanın Rio-de-Janeyro şəhərindəki Rua do Senado 2025-ci ilin "ən məşhur küçələr" siyahısına başçılıq edib.

Osakadakı Tachibana-dori (Narıncı Küçə) ikinci, Portodakı Rua do Bonyard üçüncü, Çenqududakı Fanghua dördüncü və Monrealdakı Şerbruk küçəsi beşinci yerdə qərarlaşıb.

Brisbendəki Monteqyu küçəsi altıncı, Berlindəki Maybaçufer yeddinci, Salonikidəki Olimpiya səkkizinci, Nyu-Yorkdakı Orçard doqquzuncu və Hoşimin şəhərindəki Vinh Khanh küçəsi onuncu yeri alıb.

Mənbə: CNN türk

Tərcümə etdi: Aygül Alıyeva


Paylaş
Şərh əlavə et