Yakutiyada sakinlər itləri çiplətməyə məcbur ediləcək. Respublikada ev heyvanlarının qeydiyyatı ilə bağlı qanun qüvvəyə minib.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu tədbir insanların məsuliyyətini artıracaq və küçələrdəki sahibsiz itlərin sayını azaldacaq.
Heyvanı qeydiyyata almaq bir neçə halda vacibdir. Balanın iki ayı tamam olanda və ya heyvan sığınacaqdan evə götürüldükdə, pişik, xoryat və digər ev heyvanlarının sahibləri onları öz təşəbbüsləri ilə də qeydiyyatdan keçirə bilərlər.
Mirnı şəhərində heyvanların qeydiyyatı ilə dövlət klinikası məşğul olacaq, özəl klinikalar isə bu prosesə könüllü şəkildə qoşula bilər. Qanunun tələblərinə əməl etməyən heyvan sahibləri cərimə olunacaq, cərimənin dəqiq məbləğləri 2025-ci ilin sonuna qədər müəyyən ediləcək.
Mənbə: almaz-media.tv
Tərcümə etdi: Aysel Mehtizadə
