Yuxu təkcə bədəni yox, yaddaşı da yenidən qurur. Bu proses “pis” və travmatik xatirələrin zəiflədilməsi ilə psixi sağlamlıq müalicəsində böyük dəyişiklik vəd edir.

Alimlər yeni yanaşma müəyyən ediblər. Onlar yuxuda olan beynin daha köhnə və mənfi bir xatirə ilə rəqabət aparan yeni, müsbət xatirəyə üstünlük verməsini müəyyən ediblər.
Tədqiqat “siqnallar” və “rəqabət” anlayışlarına əsaslanır. Siqnal bir söz, məkan və ya qoxu ola bilər. Əgər eyni siqnal iki fərqli təcrübə ilə əlaqələnibsə, beyin hansının “qalib gələcəyinə” qərar verir və adətən daha yeni və ya daha emosional olanı seçir.
“Biz müəyyən etdik ki, bu prosedur mənfi xatirələrin yaddaşdan çağırılmasını zəiflədir və eyni zamanda müsbət xatirələrin qeyri-ixtiyari şəkildə canlanmasını artırır”, - tədqiqatçılar PNAS adlı elmi jurnalda dərc olunan məqalələrində izah ediblər.
Komanda qeyri-REM yuxusu zamanı verilən qısa xatırlatmaların ümumi yaddaşı zəiflətmədən, daha yeni müsbət assosiasiyanın güclənməsinə təsir edib-etmədiyini sınayıb.
Məqsəd köhnə təcrübəni tamamilə silmək deyil, siqnal yenidən ortaya çıxanda müsbət xatirənin “qalib gəlməsinə” kömək etməkdir.
Tədqiqatçılar yaddaşların hansı anda və necə yarışdığını dəqiq izləmək üçün məna daşımayan uydurma sözlərdən neytral siqnallar kimi istifadə ediblər.
Mənbə: Earth
Tərcümə etdi: Emiliya Vəlicanova
