Bu gün:

Qatarlarda heyvanların daşınması qaydaları dəyişir


Nоvorossiyskdəki it hadisəsindən sonra qatarlarda heyvanların daşınması qaydaları dəyişir. Baş vermiş hadsisədə heyvan vaqondan qaçan iti 6 gün ərzində axtarıblar.

Sentyabrın 5-də Voronej vilayətində baş verən və çox səs-küyə səbəb olan hadisədən – Novorossiysk–Yekaterinburq qatarında Şura adlı papiyon cinsli itin qəfəsdən qaçmasından sonra RJD-nin tərkibində olan Federal Sərnişin Şirkəti (FPC) ev heyvanlarının daşınması qaydalarını yenidən nəzərdən keçirib və sərtləşdirib.

Altı gün davam edən axtarışlarda FPC əməkdaşları, könüllülər və yerli sakinlər iştirak ediblər. Nəticədə, it sağ-salamat tapılıb. Bu hadisə heyvanların sahibsiz şəkildə daşınmasına dair qaydalarda dəyişiklik edilməsinə səbəb olub.

İndi heyvanların yemlənməsi və onlara qulluq edilməsi yalnız onların saxlandığı baqaj kupesinin qapıları bağlı vəziyyətdə aparılacaq. Həmçinin vaqonun dəhliz və tambur qapıları da bağlı olacaq. Bu prosedurlar yalnız qatar hərəkətdə olarkən həyata keçiriləcək ki, belə hadisələrin təkrarlanma riski minimuma ensin.

Mənbə: livekuban.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et