Bu gün:

İnsan nə zaman və niyə ayaqqabını icad edib?


Ayaqqabı gündəlik həyatımızda ayağımıza geydiyimiz, müxtəlif materiallardan hazırlanan bir əşyadır. Sadə görünməsinə baxmayaraq, tarix boyu həm ehtiyac, həm də status göstəricisi olub. Amma insanoğlu onu ilk dəfə nə vaxt və niyə istifadə etməyə başlayıb sualı hələ də maraq doğurur.

Tarixi mənbələr göstərir ki, bilinən ən qədim ayaqqabılar 1938-ci ildə ABŞ-nin Oregon ştatında, Fort Rock mağarasında tapılan və təxminən e.ə 7000–8000-ci illərə aid adaçayı sandalları olub. Məşhur Buz adam Ötzi-nin ayaqqabıları isə e.ə 3300-cü ilə aid olub. 

İnsanı bu icada sürükləyən səbəblər nələr olub?

    1.    Mövsüm dəyişiklikləri və soyuq: Buz dövründə ayaqların qorunması həyati əhəmiyyət daşıyıb. Ayaq hərarəti sürətlə itdiyindən ayaqqabı fiziki fəaliyyət və sağ qalmaq üçün zəruri olub.

    2.    Uzun məsafəli yürüş və köç: Ayaqları kəskin daş və tikanlardan qoruyan ayaqqabı uzun yürüş və köçləri mümkün edib, yorğunluğu azaldıb və enerji qənaəti təmin edib.

    3.    Müdafiə: Ayaqqabı ilkin qəbilə müharibələrində sürət və dözümlülüyü artırıb. Bu, həm ovda, həm də döyüşdə üstünlük təmin edib.

    4.    Status göstəricisi: Ayaqqabı istifadəsi fərqli qrupları müəyyən edib. Ovçular və döyüşçülərin ayaqqabıları möhkəm və bəzəkli, ruhani şəxslərin ayaqqabıları isə tük, sümük və boyalarla bəzədilib.

Zamanla ayaqqabılar yeni materiallar və texnologiyalarla yenidən hazırlanıb. 14-cü əsrdən etibarən ayaqqabı istehsalı daha sistemli olub, sənaye dövründə isə tikiş  maşınları ilə istehsal sürətlənib və hər ayağa uyğun ayaqqabı tapmaq mümkün olub.


Mənbə: Buzz feed 

Tərcümə etdi: Mina Yadigarlı




Paylaş
Şərh əlavə et