Bu gün:

Krasnoyarskda küçə itlərinin tutulması ilə bağlı tədbir görülüb


Krasnoyarskda səyyar itlərlə bağlı yaranmış gərgin vəziyyətə görə istintaq işi başlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin məlumat mərkəzi xəbər verib.

Məlumata görə, Paşennıy adlı mikrorayonda sahibsiz itlərin sayı çoxdur. Yerli sakinlər isə narahatdırlar ki, bu vəziyyət uşaqların sağlamlığı və həyatı üçün təhlükə yaradır, çünki onlar məktəbə və bağçaya belə şəraitdə getməli olurlar. Buna baxmayaraq, məsul qurumlar hələ də lazımi tədbirlər görmürlər.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq Komitəsinin rəhbəri Aleksey Yermindən işin ilkin və yekun nəticələri barədə hesabat tələb edib. Tapşırığın icrası komitənin mərkəzi aparatında nəzarətə götürülüb.

Xatırladaq ki, Krasnoyarskda sahibsiz heyvanlarla bağlı şikayətlər son günlərdə kəskin artıb. Buna səbəb Berezyovski rayonunda baş vermiş faciədir — itlərin hücumu nəticəsində 10 yaşlı oğlan həlak olub. Şəhərin icra başçısının səlahiyyətlərini icra edən Roman Odintsov podratçıların işinə nəzarətin gücləndirilməsini və itlərin görüldüyü yerlərdə reydlərin keçirilməsini tapşırıb.

Son üç həftə ərzində Krasnoyarsk sakinlərindən 909 müraciət daxil olub. Onların 899-u üzrə artıq əraziyə baxış keçirilib. Bu müddətdə 50 it tutulub və baytar müayinəsi, həmçinin ömürlük saxlama və ya sterilizasiya barədə qərar verilməsi üçün müvəqqəti saxlanma məntəqələrinə göndərilib.

Mənbə: newslab.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et