Bu gün:

"Balmain"də kreyativ rəhbərlik dəyişikliyi baş verib


14 il ərzində brendin siması olmuş və ikonik kolleksiyalar yaratmış Oliviye Rusten “Balmain”dəki kreyativ direktor vəzifəsindən ayrıldığını açıqlayıb. 

Rustenin rəhbərliyi dövründə “Balmain” daha parlaq, cəsarətli və pop-mədəniyyətə yaxın tərzi ilə tanınıb. Bu müddətdə brend Beyonse, Rihanna və Kim Kardaşian kimi ulduzların sevimli markasına çevrilib.


Brend artıq yeni kreyativ direktorunu da açıqlayıb. Minimalist yanaşması ilə tanınan dizayner Antonin Tron “Balmain”in yeni yaradıcı rəhbəri təyin olunub. O, daha əvvəl “Louis Vuitton”, “Givency”, “Saint Laurent” kimi nəhəng markalarda çalışıb və özünün “Atlein” adlı brendini idarə edib. 


Mütəxəssislərin fikrincə, bu dəyişiklik “Balmain”in estetik xəttində dönüş nöqtəsi ola bilər. Brendin daha sakit, memarlığa yaxın və zərif üsluba keçməsi gözlənilir.


Mənbə: vogue.com

Tərcümə etdi: Şehrin Musayeva





Paylaş
Şərh əlavə et