Amerika Ürək Assosasiyasında (AÜA) təqdim edilən yeni araşdırmaya görə ürək çatışmazlığı riskinin əsas səbəbi yuxu hormonu olan melatoninin uzunmüddətli istifadəsidir.
Yeni araşdırma melatoninin uzunmüddətli istifadəsinin yuxu pozuntularına təsiri barədə müzakirələrə yol açıb. İlkin məlumatlara görə, preparatı uzun müddət qəbul edən şəxslərdə ürək çatışmazlığı riskinin artması müşahidə olunub.
Beş il müddətində yuxu pozuntuları qeyd olunan təxminən 130 min yetkin şəxsin elektron tibbi qeydləri təhlil edilib. Onların yarısı melatonin qəbul edib, yarısı isə etməyib. İlkin nəticələr göstərib ki, bir ildən artıq melatonin qəbul edən şəxslərdə ürək çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilmə riski təxminən üç dəfə yüksəkdir (19% melatonin istifadəçiləri, 6,6% istifadə etməyənlər).
Mütəxəssislər bildirirlər ki, yuxunun yaxşılaşdırılması, həyat tərzi dəyişiklikləri və psixoloji dəstək birinci seçim olmalıdır. Dərman müalicəsi, o cümlədən melatonin yalnız qısamüddətli və həkim nəzarəti altında tətbiq edilməlidir.
Bununla belə, araşdırmanın nəticələri hələlik tam elmi rəy prosesindən keçməyib.
Mənbə: Daily Mail
Tərcümə etdi: Nərmin Məmmədzadə
