Bu gün:

Qış ayları üçün sahibsiz heyvanlara yardım çağırışı


Soyuqların başlaması ilə rusiyalılara sahibsiz heyvanlara dəstək göstərməyin vacibliyi xatırladılıb.

“Pravoslav Rusiya” hərəkatının sədri Mixail İvanovun sözlərinə görə, qış fəsli sahibsiz heyvanlar üçün xüsusilə çətin olur. Onlara kömək etmək hər kəsin əlindən gəlir. Bunun üçün sadəcə yemək və su qoymaq kifayətdir — məsələn, blokda və ya həyətin küləkdən qorunan bir yerində.

Aktivist qeyd edib ki, şaxtalı havalarda suyu tez-tez dəyişmək lazımdır. Yemək kimi isə sıyıqlar, az yağlı şorbalar və ya xüsusi quru yemək uyğundur. Onun fikrincə, belə kiçik kömək belə bir heyvanın həyatını xilas edə bilər.

İvanov həyət evlərdə yaşayanlara məsləhət görüb ki, tövlə və ya digər kiçik tikililəri tam bağlamasınlar ki, heyvanlar soyuqdan gizlənə bilsin. Şəhərdə isə kartondan hazırlanmış, içi penoplast və ya qalın parça ilə istilənmiş sadə bir müvəqqəti sığınacaq qurmaq olar. Əsas odur ki, içi quru olsun və külək girməsin.

Mənbə: tatarstan24.tv
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et