Dünyaca məşhur reper və stil siması A$AP Roki 2025-ci il "CFDA Fashion Awards" mərasimində rəsmi olaraq “Fashion Icon” adına layiq görülüb.
Tədbir 3 noyabr 2025-ci ildə Nyu-Yorkdakı Amerika Təbiət Tarixi Muzeyində keçirilib.
CFDA-nın sədri Tom Braun onun unikal dəb baxışını yüksək qiymətləndirərək, “A$AP Roki həqiqətən orijinal yanaşması ilə bir çoxlarına ilham verir”, - deyə bildirib. Eyni zamanda reper Ray-Ban brendinin məşhur “Mega Icons” xəttinin yenilənmiş versiyasını təqdim edib.
Mükafat çıxışında A$AP Roki komandasına dəstək üçün təşəkkür edib və birlikdə keçdikləri çətinliklərdən danışıb. Mərasimdə onu Rihanna müşayiət edib. Sənətçi yaxın günlərdə üçüncü dəfə ata olub.
Gecə üçün A$AP Roki “Chanel” imzalı qara ipək kostyum və sarı toxuma üst seçərək yenə də fərqli və cəlbedici tərzini nümayiş etdirib.
Mənbə: albertreview.com.au
Tərcümə etdi: Şehrin Musayeva
