Bu gün:

Qışın kədərli hissiyyatından necə xilas olaq?


Qarşıdan qış gəlir, günlər isə artıq qısalıb. Çoxumuz buna görə özümüzü daha yorğun və halsız hiss edə, diqqətsiz ola bilərik. Bu, mövsumi affektiv pozğunluq ilə bağlıdır. Əgər bu problemdən ağır dərəcədə əziyyət çəkirsinizsə, həkim müayinəsinə getməyiniz tövsiyə olunur. Yüngül keçirənlər isə bu 3 yoldan faydalana bilər:

1. Nə edə biləcəyinizə fokuslanın.

Qış aylarını məhdudiyyət kimi deyil, yeni imkanlar dövrü kimi qəbul etmək əhvalı yaxşılaşdırır. Gəzintilər, film gecələri, yeni reseptlər və ya buz pateni kimi fəaliyyətlər qaranlıq günləri daha xoş keçirməyə kömək edir.

2. Daha çox istirahətə ehtiyac duyduğunuzu qəbul edin.

Qışda özümüzü daha yorğun hiss etmək təbiidir, çünki bədən bu dövrdə istirahətə daha çox ehtiyac duyur. Yüngül və sakit fəaliyyətlərlə — toxuculuq, kiçik təmir işləri və ya zehni məşğul edən hobbilərlə — “aktiv istirahət” rejimini qorumaq enerji toplamağa imkan verir.

3. Planlı olun və sosial əlaqələri qoruyun.

Əvvəlcədən planlar qurmaq, sizi yaxşı hiss etdirən insanlarla vaxt keçirmək və sevindirən fəaliyyətlərə yer ayırmaq qış depressiyasına qarşı təsirlidir. Sağlam yuxu rejimini qorumaq, spirtli içkilərdən və gecəyə qədər uzanan yorucu tədbirlərdən uzaq durmaq da əhval üçün əhəmiyyətlidir.


Mənbə: BBC news

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et