Bu gün:

"Evlənən cütlüklər nəyə görə sürətlə kökəlirlər?"- Elm adamları bunu da açıqladı!


Araşdırmalara görə, uzun müddət davam edən münasibətlər və evli cütlüklər sürətli kökəlməyə meyillidirlər. Bəs yemək-içmək alışqanlıqları dəyişmədiyi halda nəyə görə cütlüklər daha sürətlə kökəlirlər?

Araşdırmalara görə, bunun ilk səbəblərindən biri, yeni evli cütlüklərin daha çox çölə çıxaraq nizamsız qidalanmalarıdır. Araşdırmalara əsasən, qadınlar evliliklərinin ilk 5 ilində 10 kiloya qədər kökələ bilirlər. Münasibəti olan və birliktə yaşayan qadınlar 8, sevgilisi olub ayrı evlərdə yaşayan qadınlar isə ən çox 6 kilo alırlar.

Kişilərdə isə situasiya bir az fərqlidir. Araşdırmalar deyir ki, evli kişilərlə sevgililəri ilə eyni evdə yaşayan kişilərin kökəlmələri arasında çox da bir fərq yoxdur. Birlikdə yaşayan insanlar daha çox yeməyə meyillidirlər. Elm adamları bu situasiyanın səbəbini çox sadə yolla açıqlayıblar.

Partnyorlar hər halda bir-birlərini qəbul edir və çox rahat olurlar.

Münasibətlərindən məmnun olan iki insanın kökəlmələrinin səbəbi, əslində, potensiyal var olan yoldaşlarının özlərini daha çox bəyənməsinə gərək olmamağı və hər bir halda qəbul edəcək olmalarıdır.

Davranışlar yoluxucudur. 

Araşdırmalara görə, partnyorları ilə birliktə yaşayan qadınların bir, kişilərin isə iki ildə kökəlmələri ehtimalı daha yüksəkdir. Ümumi olaraq, evli cütlüklər birlikdə kilo alırlar. Bunun səbəbi isə davranışların yoluxucu olmasıdır. Birlikdə yaşadığınız ya da mütəmadi vaxt keçirdiyiniz biri ilə yemək və idman vərdişləriniz bir müddət sonra oxşamağa başlayacaqdır.


Mənbə: Habertürk

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et