Bu gün:

Xmelnitskidə özəl reabilitasiya mərkəzindən iki şir qaçıb


Bu gün Xmelnitski şəhərində yerləşən özəl vəhşi heyvanların reabilitasiya mərkəzinin volyerindən təxminən iki yaşında olan iki dişi şir qaçıb. Hadisə nəticəsində müəssisənin ərazisində bitişik volyerlərdə saxlanılan bir neçə heyvan tələf olub.

Xüsusiləşdirilmiş Ekoloji Prokurorluğun prosessual rəhbərliyi ilə heyvanlara qarşı qəddar rəftar faktı üzrə (Ukrayna CM-in 299-cu maddəsinin 1-ci hissəsi) ibtidai istintaqa başlanılıb.

Prokurorlar heyvanların qaçmasının səbəblərini, hadisəyə aidiyyəti olan şəxslərin dairəsini və reabilitasiya mərkəzinin vəzifəli şəxslərinin hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə kompleks istintaq tədbirləri aparırlar.

Hazırda şirlərdən biri tapılıb, digərinin axtarışı isə aktiv şəkildə davam etdirilir.

Mənbə: dsnews.ua
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et