Bu gün:

Kainat nə rəngdədir?


Gecə göyə baxanda kosmos bizə tamamilə qaranlıq bir boşluq kimi görünür. Lakin alimlər bildiriblər ki, əslində “zifiri qaranlıq” kainatda çox nadir rast gəlinən bir haldır. Bu nadirlik əsasən kosmosda yayılan toz və arxa fon işıltısı ilə əlaqələndirilir.

Kainatın böyük hissəsində zəif, lakin davamlı bir parlaqlıq mövcuddur. Alimlər qeyd ediblər ki, bu arxa fon işıltısı Günəş sistemində və ümumilikdə kainatda ən qaranlıq nöqtənin harada olduğunu müəyyənləşdirməyi çətinləşdirib. Bu müşahidələrə əsasən kainatın rəngi tam qara deyil, elm adamlarının “kozmik latte” adlandırdığı açıq bej tonlarındadır. Həqiqi qaranlığın tapılması isə hələ də cavabı olmayan bir elmi sualdır. Bu mövzu kosmosun mahiyyətini daha dərindən anlamaq üçün maraqlı tədqiqat istiqaməti olaraq qalıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et