Bu gün:

“Nike" və "SKIMS” ikinci birgə kolleksiyalarını təqdim ediblər


Dünyaca məşhur “Nike" və "SKIMS” brendlərinin əməkdaşlığı yenidən gündəmi zəbt edib. Brendlərin ikinci “Drop 2” kolleksiyası rəsmən satışa çıxarılıb və qısa müddət ərzində böyük ictimai maraq qazanıb.

Yeni kolleksiya ümumilikdə 65 yeni model təqdim edir. Buraya həm idman, həm də gündəlik geyim kimi istifadə oluna bilən rahat və minimalist üslublu məhsullar daxildir:

1) “Woven Nylon Wrap Coat”– yüngül, modern neylon palto

2) “Weightless Layers Hoodie” – ultra-yüngül materialdan hazırlanmış kapşonlu sviter

3) Yeni dar üstlər, təkparça dar qadın üst geyimləri və idman dəstləri

4) Rəng palitrası: neytral bej, boz, qara və ağ

Kolleksiyanın konsepti

Bu dəfə də əsas xətt "athleisure", yəni rahat idman üslubunun küçə modası ilə birləşməsi olub. "SKIMS"in bədənə oturan formaları “Nike”ın texnoloji materialları ilə birləşərək həm rahatlıq, həm də stil təqdim edir.

Azərbaycan bazarı üçün

Bu tip kolaborasiyalar Bakıda da tələbat yaradır. Xüsusən “athleisure” üslubu son illər ölkədə populyarlığını artırdığı üçün mağazaların bu kolleksiyanın ayrı-ayrı hissələrini gətirməsi gözlənilir.



Media: pagesix.com

Tərcümə etdi: Şehrin Musayeva



Paylaş
Şərh əlavə et