Havaların soyuması ilə birlikdə qrip və soyuqdəymə hallarında artım müşahidə olunur. Son günlərdə paytaxtda və bölgələrdə bir çox insan yüksək hərarət, boğaz ağrısı və halsızlıq kimi əlamətlərlə həkimə müraciət edir.
Qapalı məkanlarda sıxlıq, ictimai nəqliyyatda uzun müddət qalmaq və havalandırmanın zəif olması virusların daha sürətlə yayılmasına səbəb olur. Xüsusilə məktəblərdə və iş yerlərində xəstə insanların maskasız ünsiyyəti yoluxma riskini artırır.Apteklərdə qrip və soyuqdəymə dərmanlarına tələbat son günlərdə nəzərəçarpacaq dərəcədə çoxalıb. İnsanlar daha çox vitaminlərə və immunitet gücləndirici vasitələrə üstünlük verirlər.
Qripdən qorunmaq üçün şəxsi gigiyenaya diqqət etmək, bol maye qəbul etmək, otaqları tez-tez havalandırmaq və xəstəlik əlamətləri yarandıqda ev şəraitində istirahət etmək tövsiyə olunur.
Hazırladı: Gülay Bədirli
