Bu gün:

“Balmain”də yeni yaradıcılıq direktoru təyin edilib


Fransanın məşhur “Balmain” moda evi yeni yaradıcılıq direktorunun adını açıqlayıb. Həmin vəzifəyə tanınmış dizayner Antonin Tron təyin olunub.

 O, daha əvvəl bir sıra nüfuzlu beynəlxalq moda brendlərində fəaliyyət göstərib və artıq öz təcrübəsini “Balmain” brendinin inkişafına yönəldəcək.

Onun rəhbərliyi altında “Balmain”nin klassik üslubu ilə müasir dizayn xəttinin vəhdət təşkil edəcəyi gözlənilir.

Yeni direktorun ilk kolleksiyasının 2026-cı ilin payız mövsümündə təqdim olunacağı planlaşdırılır. Moda ekspertlərinin fikrincə, bu dəyişiklik “Balmain” brendinə yenilik gətirəcək və onun qlobal səviyyədə mövqeyini daha da gücləndirəcək.



Mənbə: harpersbazaar.com

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et