2026-cı ilin əvvəlindən Samara vilayətində ev heyvanlarına qulluqla bağlı yenilənmiş qaydalar qüvvəyə minəcək. Dəyişikliklər qubernator Vyaçeslav Fedorişev tərəfindən imzalanmış vilayət qanununda təsdiqlənib.

Əsas yeniliklərdən biri ev heyvanlarının məcburi qeydiyyatıdır. Qeydiyyatın dəqiq qaydaları və hansı heyvan növlərinin bu qaydaya daxil ediləcəyi müvafiq orqanlar tərəfindən normanın qüvvəyə minməsindən əvvəl müəyyən ediləcək.
Həmçinin sənəddə mənzillərdə saxlanıla bilən heyvanların maksimal sayı göstərilib. Mənzildə ən çox iki pişik və bir böyük it (boyu 30 sm-dən çox olan) və ya hər 12 kvadrat metrə iki kiçik it saxlamağa icazə verilir. Fərdi evlər üçün ayrıca qaydalar müəyyən olunub: 50 kvadrat metr sahəyə bir böyük və ya üç kiçik it düşür.
Heyvan sığınacaqlarına da yeni imkanlar yaradılacaq, onlar sahibləri ilə razılaşma əsasında heyvanlara baxa və aqressiv olmayan küçə itlərini və pişiklərini yenidən azadlığa buraxa biləcəklər. Bundan əlavə, sığınacaqlar hər iş günündə ən azı iki saat itkin düşmüş heyvanların axtarışı üçün vaxt ayırmalıdırlar.
Həmçinin evsiz heyvanlara yem qoymağın və onların toplanmasına şərait yaratmağın qadağan edildiyi ərazilərin siyahısı genişləndirilib. Bu ərazilərə istirahət zonaları, gəzinti yerləri, sahil xətləri, parklar və piyada alleyalari daxildir.
Qaydaları pozanlara pul cərimələri tətbiq ediləcək və bu cərimələr 2026-cı ilin yanvarından etibarən qüvvəyə minəcək.
Mənbə: sgpress.ru
Tərcümə etdi: Aysel Mehtizadə
