Keçmiş Şahzadə Endryu artıq cənab Endryu Mountbatten-Vindsor kimi tanınacaq. Bukingem Sarayı onun adi vətəndaş statusunu elan edərək HRH titulu, şahzadə rütbəsi və hersoqluğunu itirdiyini təsdiqləyib.

Krallıq müşahidəçiləri əvvəlcə soyadındakı defisin olmamasına diqqət çəkərək bunun səbəbini müzakirə ediblər.
Saray mənbələri sonradan bildiriblər ki, 1960-cı il Gizli Şura bəyanatına əsasən, Mountbatten-Vindsor soyadında defis bərpa ediləcək. Araşdırma nəticəsində məlum olub ki, həmin bəyanatda soyadın defislə yazıldığı qeyd olunub və bundan sonra bu forma rəsmi şəkildə tətbiq ediləcək.
Bu qərar Kraliça II Elizabetin həyat yoldaşı Şahzadə Filipə hörmət əlaməti olaraq illər əvvəl qəbul etdiyi ənənəyə əsaslanır. Hazırda krallıq ailəsinin rəsmi saytında da soyad Mountbatten-Vindsor kimi göstərilir.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
