Yayda qəhvəyi, qışda ağ rəngə çevrilən və adətən gecə ov etdiyi üçün çətin görünən ferret Van ərazisində ortaya çıxıb.
Qəhvəyi tükləri qışda ağarıb özünəməxsus gözəllik qazandığı üçün ferretlər təbiətdə nadir rastlanan bir heyvandır və nəsli kəsilməkdə olan heyvanlar arasında yer alır.
Kəskin görmə, eşitmə və qoxu hissləri ilə gəmirici populyasiyalarını idarəsinə alaraq kənd təsərrüfatına və vəhşi təbiətə zərər verməsinin qarşısını almağa kömək edir. Məhz bu xüsusiyyətlərinə görə ferretlər ekosistem və biomüxtəliflik üçün böyük əhəmiyyət daşıyır.
Təhlükəni tez hiss etmək və təbiətin tarazlığının qorunmasına töhfə vermək qabiliyyəti ilə tanınan ferretə Bağçasaray rayonunda rast gəlinib.
Mənbə: Habertürk
Tərcümə etdi: Aygül Alıyeva
