“Apple” məşhur yapon dizayner brendi “Issey Miyake” ilə əməkdaşlıq edərək “iPhone Pocket” adlı unikal moda aksessuarı təqdim edib. Məhdud sayda buraxılacaq bu kolleksiya texnologiya ilə geyim estetikasını birləşdirir.
Bu yenilik “iPhone”üçün həm çiyin çantası, həm də bilək kəməri kimi istifadə oluna bilən xüsusi “parça cib”dən ibarətdir. Məhsul minimalistik dizaynı və texnologiyanı gündəlik geyimlə birləşdirmə məqsədi ilə yaradılıb.
“Apple” nümayəndələri bildiriblər ki, layihə “gadget və modanın təbii birləşməsini” nümayiş etdirir. Ekspertlərin fikrincə, bu əməkdaşlıq moda və texnologiya sahəsində yeni bir tendensiyanın başlanğıcı ola bilər. Artıq cihazlar sadəcə texniki alət deyil, həm də stil və zövq elementi kimi dəyərləndirilir.
Kolleksiya 2025-ci ilin dekabrında satışa çıxarılacaq və yalnız məhdud sayda butiklərdə təqdim olunacaq.
Mənbə: businessinsider.com
Tərcümə etdi: Şehrin Musayeva
