Fransanın paytaxtı Parisdə şəhər hökuməti tarixi qəbiristanlıqların bərpa olunmasını istəyən vətəndaşlara lotereya vasitəsilə əfsanəvi şəxsiyyətlərin yanında dəfn olunmaq hüququnu təklif edir.

Paris Bələdiyyəsi "Mədəni irsi qorumaq" məqsədi ilə Per-Laşez, Monmartr və Monparnas qəbiristanlıqlarında uzun müddət baxımsız vəziyyətdə olan 30 abidə məzarını canlandırmaq istəyir.
Layihənin bir hissəsi olaraq, lotereya yolu ilə 30 nəfər seçiləcək və bu məzarların orijinal vəziyyətinə qaytarılmasına cavabdeh olacaqlar. Bərpa altı ay ərzində başa çatmazsa, hüquq ləğv ediləcək və çəkilən hər hansı xərc müsadirə olunacaq.
Bələdiyyə, hər hansı bir sürprizdən qaçınmaq üçün müraciət edənlərə əvvəlcədən mütəxəssis daş ustalarından qiymət təklifləri almağı tövsiyə edir.
Hər bir məzar 4000 avro ödəniş müqabilində köçürüləcək.
Bərpa xərcləri tamamilə alıcı tərəfindən ödəniləcək.
Dəfn hüquqları müddətdən asılı olaraq dəyişəcək:
10 illik istifadə: 976 avro
Daimi hüquq: 17.668 avro
Bələdiyyə rəsmilərinin sözlərinə görə, layihənin məqsədi təkcə məkan yaratmaq deyil, həm də "Ölülərə hörmətlə dirilər üçün məkan yaratmaq" arasında yeni bir tarazlıq yaratmaqdır.
Layihə ciddi maraq doğurub. Ərizələrin qəbulu açıldığı ilk 24 saat ərzində veb sayt mindən çox baxış alıb.
Ərizələrin qəbulu üçün son tarix 31 dekabrdır və qaliblər 2026-cı ilin yanvar ayında elan ediləcək.
Lotereya qalibləri təkcə tarixi irsin qorunmasına töhfə verməklə yanaşı, həm də mədəni ikonlarla birlikdə dəfn olunmaq şərəfini qazanacaqlar.
Əfsanələrlə eyni torpağı paylaşacaq qəbiristanlıqlar:
Père-Lachaise: Jim Morrison, Édith Piaf, Oscar Wilde, Sarah Bernhardt
Montparnas: Jan-Pol Sartr, Simone de Bovuar, Şarl Bodler, Serj Qenzburq
Montmartre: Emile Zola, Edqar Deqa, Fransua Truffaut.
https://www.sozcu.com.tr/bir-garip-yarisma-kazananlar-unlulerin-yanina-gomulecek-p257935
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
