Çinli alimlər bambudan tamamilə torpaqda parçalanan və plastik qədər möhkəm yeni material hazırlayıblar. Bu yenilik bambunun ekoloji cəhətdən davamlı potensialını sübut edir. Yeni istehsal üsulu ənənəvi plastiklərə əvəz ola biləcək davamlı material yaratmağa imkan verir.

Tədqiqatçılar bambu sellülozunu toksik olmayan alkoqol məhlulunda həll edib, molekullar arasında sıx bağlar yaradan xüsusi üsuldan istifadə ediblər. Nəticədə, həm möhkəm, həm də formalaşdırıla bilən bambu plastik əldə olunub. Bu material avtomobil və infrastruktur sənayesində istifadə üçün geniş imkanlar yaradır. Aparılan sınaqlar göstərib ki, bambu plastik həm dartılma, həm də qırılma gücünə görə adi plastikləri üstələyir. O, iki aydan az müddətdə tamamilə torpaqda parçalanıb və yenidən emal oluna bilib. Beləliklə, bu kəşf ekoloji cəhətdən təmiz və davamlı material olaraq elm üçün mühüm addım sayılır.
Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova
