Bu gün:

“The North Face" və "Cecilie Bahnsen" yeni kolleksiyalarını təqdim ediblər


Dünyaca məşhur brend “The North Face”və danimarkalı dizayner “Cecilie Bahnsen” bir araya gələrək yeni kapsul kolleksiya təqdim ediblər.

Layihə haqqında:

Bu əməkdaşlıq “Cecilie Bahnse"nin incə, romantik və büzməli siluetlərini “The North Face-nin” texniki və davamlı materialları ilə birləşdirir.

Nəticədə, həm şəhər həyatı, həm də təbiət üçün uyğun, eyni zamanda yüksək dizayn keyfiyyətinə malik geyimlər yaradılıb.

Kolleksiya nədən ibarətdir?

Yenidən işlənmiş “Mountain Jacket”, “Base Camp Duffel” çantaları və “Glenclyffe Boots” kimi modellər yer alır.

Pastel tonlar, “taupe green” rəngi, çiçək motivləri və yumşaq formalar kolleksiyanın əsas vizual xəttini təşkil edir.

Satış və maraq:

Kolleksiya məhdud sayda istehsal olunub və hazırda “The North Face və Cecilie Bahnsen-nin”rəsmi saytlarında satışdadır.

Xüsusilə pastel rəngli parkalar və “taupe green” modelləri alıcılar arasında böyük maraq doğurur.

Bu əməkdaşlıq modada sərhədləri genişləndirərək, həm rahat, həm də zərif tərzi sevənlər üçün yeni və ilhamverici bir istiqamət yaradıb.



Mənbə: elle.com

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et