Bel ağrısı dünyada yüz milyonlarla insanın qarşılaşdığı xroniki bir problemdir. Mütəxəssislər bildirirlər ki, sadə bir hərəkət “oturaraq salsa” adlı məşq bu ağrıların azalmasına böyük kömək edə bilər.

Bəzən ayaqqabının bağını bağlamaq üçün əyildiyiniz anda belinizdə kəskin ağrı hiss edirsiniz. Və siz artıq dünya üzrə təxminən 619 milyon insanın daxil olduğu statistikaya qoşulmusunuz. Lakin bu vəziyyətin qarşısını almaq üçün çox asan bir üsul var və ən gözəli odur ki, bu hərəkəti ayağa qalxmadan, oturduğunuz yerdəcə edə bilərsiniz.
Mütəxəssislərin fikrincə, bel ağrısı dünyada əlilliyin əsas səbəbi hesab olunur. Bu ağrı adətən qabırğaların aşağı hissəsi ilə omba arasındakı bölgədə hiss olunur. Problem istənilən şəxsdə yarana bilər, lakin xüsusilə artıq çəkili, siqaret çəkən və ya ailəsində bel problemi olan insanlarda daha çox müşahidə edilir.
Mənbə: BBC
Tərcümə etdi: Gülay Bədirli
