Bu gün:

Qarğaların unutduğu qozlar ağac olur


Ərzincanın Çağlayan qəsəbəsində qarğaların qışda qidalanmaq üçün torpağa basdırdığı qozlar unudulduğu üçün zamanla cücərir və qoz ağaclarına çevrilir.

Təbiətin meydana çıxan bu maraqlı hadisə həm ətrafdakı sakinlərin, həm də təbiət həvəskarlarının diqqətini cəlb edir. Çağlayan qəsəbəsi ətrafında yaşayan qarğalar qış aylarında yem olaraq istifadə etmək üçün qozları torpağa gizlədirlər. Lakin gizlətdikləri yerləri unudan qarğaların qoyduğu qozlar yazda cücərərək yeni qoz ağaclarının yaranmasına səbəb olur. Bu bölgədə tez-tez rast gəlinən bu təbii proses, təbiətin öz ekosistemini necə yeniləməsinin canlı nümunəsi kimi göstərilir. Sakinlər bildirirlər ki, qarğaların bu davranışı təbiətə töhfə verən “fərqində olmadan həyata keçirilən bir ağac əkmə” nümunəsidir. Mütəxəssislər isə qarğaların ağıllı və planlı heyvanlar olduğunu, yem resurslarını gizlətmə instinktinin ekosistemə belə müsbət təsir etdiyini qeyd ediblər.

Mənbə: Mynet news

Tərcümə etdi: Aydan Xudayarova


Paylaş
Şərh əlavə et