Bu gün:

“Praktika dramaturgiyanın əsasıdır”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı rusiyalı şair, dramaturq, Moskvanın Yazıçılar İttifaqının Üzvü Yelena İsyevadır. O, dramaturgiya ilə bağlı sualımızı cavablandırıb.

-Uğurlu dramaturq olmağın sirri nədədir?

"Yazıçı necə uğurlu ola bilər?" sualı Brodskiyə veriləndə, o deyib ki, yazıçı, sadəcə, öz mətnlərinin keyfiyyətinə diqqət etməlidir, digər şeylər düzələcək. Uğurlu olmaq istəyən yazıçılar çox oxusunlar, yazsınlar. Gün ərzində 24 saat yazmadıqda bu ixtisasa yiyələnmək mümkün deyil. Pyeslər oxuyun, sadə qələmlə qeydlər edin və təhlil edin. Gənc dramaturqlara əsas məsləhətim əzələləri inkişaf etdirdikləri kimi, yazı qabiliyyətlərini də inkişaf etdirmələridir. Hər gün 3 fərqli əhvalat, hekayə qurun. Yol getdikdə və s. yazmasanız belə, beyninizdə o hekayələri düşünün. Hekayəni uydura bilmirsinizsə, intenetdən axtarıb tapın. Konsturksiyaları qurmağı öyrənməlisiniz. Praktika dramaturgiyanın əsasıdır.

24media.az xatırladır ki, Yelena İsayeva 7 şeir, 2 pyes kitablarının müəllifidir. İsayevanın pyesləri "Müasir Dramaturgiya" jurnalında dərc edilib, Rusiyada və xaricdə, teatrlarda və radioda nümayiş olunub. Şeirləri, pyesləri bir çox dillərə tərcümə olunub. Onun bir çox pyesləri Dok Teatrında səhnələşdirilib.

Günel Məmmədova

Paylaş
Şərh əlavə et