Süni intellekt texnologiyası 25 ildən sonra davamlı telefon istifadəsinin insan bədənində yarada biləcəyi dəyişiklikləri araşdırıb və nəticələr bir qədər qorxuludur.
Aparılan modelləşdirmə göstərib ki, uzun müddət telefonlardan asılı vəziyyətdə olan insanlar gələcəkdə bel əyriliyi (qamburluq), saç tökülməsi, şişmiş əl və ayaq barmaqları, eləcə də göz problemləri ilə üzləşə bilərlər.
Ekspertlər bildirirlər ki, davamlı olaraq ekrana baxmaq boyun əzələlərində gərginlik yaradır, bu da zamanla “texno-boyun” adlanan əyilməyə səbəb olur. Həmçinin, ekranların yaydığı işıq yuxu rejimini pozaraq hormon balansına mənfi təsir göstərir.
Mütəxəssislər insanlara telefonlardan fasiləsiz istifadə etməmələrini, gündə ən azı bir neçə saat ekranlardan uzaq qalmağı, idmanla məşğul olmağı və düzgün bədən duruşunu qorumağı tövsiyə edirlər.
Mənbə: ndtv.com
Tərcümə etdi: Zəhra Məlikova
